ABŞ Qara dəniz üzərində dron uçuşları bərpa edib

15:02 18.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

MQ-9 Reaper pilotsuz təyyarəsinin Qara dəniz üzərində qəzaya uğramasından sonra Birləşmiş Ştatlar Qara dəniz üzərində dron uçuşlarına yenidən başlayıb. Bu barədə Reuters agentliyi adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən xəbər verir.

Uçuşun RQ-4 Global Hawk tərəfindən həyata keçirildiyi qeyd edilir. Rəsmilərdən biri bildirib ki, bu, martın 14-dən bəri ilkdir.

Bu həftənin əvvəlində Pentaqon bildirib ki, Rusiya Su-27 qırıcıları Qara dəniz üzərində səmada Amerikanın MQ-9 Reaper PUA-nı ələ keçirib və onlardan biri onu qanadla vuraraq pərvanəni zədələyib. Nəticədə onu amerikalıların özləri “batmağa məcbur etməli” oldular.

“Reuters”in məlumatına görə, Pentaqon dəfələrlə bildirib ki, MQ-9 Reaper ilə insident ABŞ-ın bu cür missiyaları yerinə yetirməsinə mane olmayacaq.