ABŞ Rosbank və Potaninə qarşı sanksiyalar tətbiq edib

20:33 15.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Xəzinədarlığı Rosbank və onun ortağı, Interros və Norilsk Nikel şirkətlərinin səhmdarı Vladimir Potaninə qarşı bloklayıcı sanksiyalar tətbiq edib.

ABŞ-ın Potaninə, onun həyat yoldaşı Yekaterina Potanina və iş adamı ilə əlaqəli bir neçə şirkətə qarşı sanksiya tətbiq etməyi planlaşdırdığı barədə məlumat Wall Street Journal ərəfəsində yayılıb.

Potaninin əsas səhmdarı olduğu Norilsk Nikel şirkəti sanksiyalara məruz qalmayıb.

Eyni zamanda, baş nazirin müavinləri Andrey Belousov və Dmitri Çernışenkoya, eləcə də Rusiyanın 29 qubernatoruna qarşı sanksiyalar tətbiq edilir.