Yazını böyüt
Yazını kiçilt
ABŞ rəsmiləri təhdidlər vasitəsilə Rusiyanın əsas ticarət tərəfdaşlarını anti-Rusiya sanksiyaları və ticarət nəzarəti tətbiq etməyə məcbur etməyə çalışır.
Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ hakimiyyəti iri dövlət departamentlərini təmsil edən yüksək rütbəli məmurlarını xarici paytaxtlara göndərir.
“Onların missiyası sanksiyalardan yayınma şəbəkələri haqqında kəşfiyyat məlumatlarını bölüşmək, istəksiz hakimiyyətləri və firmaları cəza tədbirləri ilə sakitcə hədələmək və Rusiyaya mal çatdırmaqda şübhəli bilinən şəbəkələr haqqında məlumat toplamaqdır”, - materialda deyilir.