ABŞ səfirindən Hava Hücumundan Müdafiə Qüvvələrinə təşəkkür

11:20 16.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kiyevdə baş verən bir sıra gecə partlayışlarından sonra ABŞ səfiri Bridget Brink Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinə gördüyü işlərə görə təşəkkür edib.

Hafta.az-ın yazdığına görə, səfir Brink bu barədə Twitter-də yazıb.

"Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin operativ tədbirlərinə görə təşəkkür edirəm", - o, yazıb.

Gecə ərzində Kiyevdə güclü silsilə partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sisteminin yaxşı çalışdığı bildirilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, raket parçaları paytaxtın bir neçə rayonuna düşüb. Solomenski rayonunda qeyri-yaşayış binası, bir neçə avtomobil yanıb, Darnitskidə də iki avtomobil raket parçaları ilə zədələnib.

Kiyev Şəhər Hərbi Administrasiyasının ilkin məlumatına görə, paytaxtın hava məkanında düşmən hədəflərinin böyük əksəriyyəti aşkarlanaraq məhv edilib.