Yazını böyüt
Yazını kiçilt
ABŞ və İngiltərə Yəmənə yeni zərbələr endirib. Bu barədə RİA Novosti yerli hakimiyyət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Bir gün əvvəl Yəməndən olan Husi hərbi qüvvələrinin nümayəndəsi Yəhya Saria Ənsar Əl-Masirah telekanalına müsahibəsində ABŞ esminesinə raket hücumuna görə məsuliyyət daşıdığını bildirib.
ABŞ Ordusu Mərkəzi Komandanlığı (CENTCOM) husilərin ABŞ-ın “Gibraltar Eagle” konteyner gəmisini vurduğunu, lakin gəminin zədələnmədən yoluna davam etdiyini bildirib.