Abşeron sakini qaçırdığı avtomobillə birgə saxlanılıb

18:18 26.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonu Hökməli qəsəbəsindən A.Zamanlıya məxsus avtomobil qaçırmaqda şübhəli bilinən A.Həsənli avtomobillə birgə saxlanılıb.

Hafta.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, mayın 24-də saat 21 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini A.Zamanlıya məxsus “Opel” markalı avtomobil qaçırılıb.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi A.Həsənli avtomobillə birgə saxlanılıb.

Oxunma sayı 1940