Abşeronda avtomobil yanıb

09:00 01.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunun Xırdalan şəhərində minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının zirzəmisində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.