Adambaşına ən çox çörək yeyilən ölkələr

09:25 12.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyada çörək istehlakı ölkədən ölkəyə çox fərqlidir – bəzilərində çox yeyilir, bəzilərində isə az, hətta düyü çörəkdən daha çox istehlak olunur.

Hafta.az-ın yazdığına görə, indiyədək aparılan bir sıra araşdırmalarda da göstərildiyi kimi, Şərq ölkələrində Avropa ölkələrindəkindən daha çox çörək yeyilir.

Qısası, World of Statistics-in ötən ilin göstəricilərinə əsasən apardığı araşdırmanın nəticələri açıqlanıb. Həmin nəticələrə əsasən siyahıdakı ən çox çörək istehlak edən ilk 10 ölkə ilə tanış olaq:

1. Türkiyədə adambaşına 199,6 kiloqram, 2. Serbiyada adambaşına 135 kiloqram, 3. Bolqarıstanda adambaşına 131,1 kiloqram, 4. Ukraynada adambaşına 88 kiloqram, 5. Yunanıstanda adambaşına 70 kiloqram, 6. Danimarkada adambaşına 70 kiloqram, 7. Polşada adambaşına 70 kiloqram, 8. Portuqaliyada adambaşına 70 kiloqram, 9. İrlandiyada adambaşına 70 kiloqram, 10. Niderlandda adambaşına 60 kiloqram.

Qeyd edək ki, məlumata adambaşına düşən illik istehlak daxildir.