Adsız küçələrlə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA

15:32 20.05.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın, eləcə də bölgələrin adsız küçələri tez-tez gündəmə gətirilən əsas məsələlərdən biridir. Həmin küçələrin siyahıya alınması və adlandırılması ilə bağlı əvvəlki illərdə də xeyli müzakirələr aparılırdı. Son olaraq, bu ilin aprel ayında Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı komissiya yaradılıb.

Bəs görəsən hazırda proses nə yerdədir?

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən  Bakı şəhər İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov bildirdi ki, proseslə bağlı bütün rayonlarda iş gedir. Məlumatlar toplandıqdan sonra Bakı şəhər İcra Hakimiyyətinə daxil olacaq, ardınca isə boş küçələrin hər birinə adlar veriləcək.