Fransanın xarici işlər naziri Stefan Sejourne Milli Assambleyadakı çıxışında Rabatla Paris arasında son illər yaxşılaşan münasibətləri daha da sürətləndirmək istədiklərini vurğulayıb.
Hafta.az-ın “The İndependent”ə istinadən yazdığına görə, XİN başçısı deyib: "İradə aydındır. Mən Mərakeşlə münasibətlərə yenidən baxmışam". Nazir Sejourne bildirib ki, bəzi fikir ayrılıqları olsa da, iki ölkə arasında əlaqələr çox zəruri və vacibdir.
Sejourne, Mərakeşə qarşı müstəmləkəçi və himayədar bir baxışa sahib olmaqda günahlandırılan Fransa üçün yeni siyasi gündəm yaradacaqlarını, Mərakeş kralı ilə hörmət və şəffaflıq çərçivəsində dialoq qurmaq istədiklərini söyləyib.
Sejourne, bunun Fransa və Mərakeşin maraqlarına uyğun olduğunu iddia edərək, "Mən bu etimadı tədricən quracağam" deyib.