Ağ Ev təsdiqlədi - GÖRÜŞƏCƏKLƏR

09:15 06.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp bu həftənin cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüş keçirəcək.

Hafta.az xəbər verir ki, Ağ Evdən "Bloomberg" agentliyinə göndərilən daxili planlaşdırma sənədində bu barədə açıq qeyd olunub. Sənədə əsasən, avqustun 8-də (cümə günü) Tramp Bakı vaxtı ilə saat 22:30-da Ermənistanın Baş naziri Nikol Paşinyanla, 23:20-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.

Ardınca isə Bakı vaxtı ilə saat 00:00-da hər iki liderin iştirakı ilə birgə bəyanat veriləcək.

Qeyd edək ki, bundan əvvəl mətbuatda Azərbaycanla Ermənistan liderlərinin birgə bəyanat imzalayacağı barədə xəbərlər yayılıb.