Ağbənd–Kəlalə körpüsü mühüm qovşaq və kəsişmə nöqtəsidir - Hikmət Hacıyev

19:50 18.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Zəngəzur dəhlizindən video paylaşıb.

Hafta.az xəbər verir ki, paylaşımda qeyd olunub:

"Zəngəzur Dəhlizi — Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündə.

Bu, Şanxaydan Londona uzanan Şərq–Qərb marşrutu, həmçinin Hind okeanını Şimal dənizi ilə və Fars körfəzini Qara dənizlə birləşdirən Şimal–Cənub və Cənub-Qərb marşrutlarının kəsişdiyi əsas beynəlxalq nəqliyyat arteriyalarını birləşdirən mühüm qovşaq və kəsişmə nöqtəsidir".