Ağcabədidə çayda batan şəxsin meyiti tapılıb

09:00 02.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarqarçay çayının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.