Ağcabədidə çaydan hərbi sursatlar aşkarlandı

10:48 25.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi rayonunda hərbi sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qarqar çayının yatağından sursat aşkar edilib.

Belə ki, oradan 4 ədəd qumabaraatan mərmisi, 88 ədəd avtomat patronu və 2 ədəd avtomata aid hissələr götürülüb.

Faktla bağlı araşdırma aparılır.