Yazını böyüt
Yazını kiçilt
Qazaxıstanın Astana şəhərində keçirilən “Kazakhstan Open” beynəlxalq turnirində Azərbaycan taekvondo millisinin üzvü Minayə Əkbərova (46 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.
Hafta.az bu barədə Azərbaycan Taekvondo Federasiyasına istinadən bildirir.
Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçirilən “Altay” çempionatına (22-23 iyun) və “Kazakhstan Open” (25-27 iyun) beynəlxalq turnirinə Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıb.