Ağcabədidə yardımçı tikili və 15 ton ot yanıb

19:45 21.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Qiyaməddinli kəndində həyətyanı sahədə ümumi sahəsi 300 m² olan yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 30 ton ot bağlamasının 15 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.