Ağcabədidə yol qəzası olub: 5 nəfər ölüb

22:36 28.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə baş verən zəncirvari qəzada 5 nəfər ölüb.

Hafta.az xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisindən baş verib.

"Mercedes", "KİA" və VAZ markalı avtomobillərin iştirakı ilə baş verən qəzada VAZ-ın sürücüsü və 4 sərnişin hadisə yerində ölüb.

Xəsarət alan 5 nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. 1992-ci il təvəllüdlü şəxs qarın boşluğunun küt travması diaqnozu ilə tibb müəssisəsinin əməliyyat blokuna yerləşdirilib.

Digər 4 nəfər zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.