Ağdaşda birmərtəbəli ev yanıb

23:46 22.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaş rayonunun Cardam kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, evə bitişik talvar və tövlə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.