Yazını böyüt
Yazını kiçilt
Ağdaşda 8 Noyabr - Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” ifadəsinin təsvir olunduğu fləşmob keçirilib. Ağdaş Humanitar Kollecinin, Ağdaş Regional Mədəniyyət İdarəsinin və rayon Gənclər və İdman İdarəsinin təşkil etdikləri tədbirdə rayon rəsmiləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hafta.az xəbər verir ki, Heydər Əliyev prospektində rayon mədəniyyət mərkəzinin qarşısındakı meydanda 400-dən çox gəncin təsvir etdiyi “Qarabağ Azərbaycandır!” ifadəsi tamaşaçıların böyük marağına səbəb olub.
Meydana, habelə Gənc şahinlər tərəfindən Dövlət bayrağı gətirilib. Fləşmob iştirakçıları Dövlət Himnini səsləndiriblər. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.