Ağdaşda yol qəzası - ÖLƏN VAR

12:19 28.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaşda avtomobil qəzası baş verib.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki,yanvarın 28-i saat 06 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində Aydın İsmayılovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən vəfat edib.


Araşdırma aparılır.