Ağdərədə dağlıq ərazidə YANĞIN

19:14 04.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində quru ot və kol-kosdan ibarət sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yaxınlıqdakı yaşayış evləri və meşə zolağı yanğından mühafizə olunub.