Ağstafada 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı sərgi təşkil olunub

11:13 13.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 12-də Ağstafa rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirilib.

Tədbir iştirakçıları öncə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Bayram münasibətilə Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi və Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə açıq hava şəraitində qurulmuş sərgidə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən kitablar, istedadlı uşaqların çəkdikləri rəsmlər, eləcə də tarixi-mədəni eksponatlar nümayiş etdirilib. Bayram konserti təşkil olunub.

Konsertdə Ağstafa rayon Uşaq Musiqi Məktəbinin şagird və müəllimlərinin, yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında Heydər Əliyevə həsr olunmuş mahnılar ifa edilib, şeirlər səsləndirilib və rəqs nömrələri nümayiş etdirilib.

Oxunma sayı 581