Ağstafada mikroavtobus qəzası - Yaralananlar var

10:35 07.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindəki payında qeydə alınıb.

Belə ki, hərəkətdə olan mikroavtobus evakuatorla toqquşub.

Qəza nəticəsində mikroavtobusun sərnişinləri- 42 yaşlı Afət Məmmədova və 41 yaşlı Həcər İsmayılova xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.