Ağstafada 35 yaşlı Günel Məmmədovanın əri tərəfindən döyüləndən sonra öldüyü iddia edilir.
Hafta.az xezerxeber.az-a istinadla bildirir ki, Günel Məmmədova aprelin 8-də xəstəxanaya xəsarətlərlə müraciət edib.
Onun xəsarətləri həyat yoldaşı tərəfindən döyülməsi nəticəsində aldığı iddia edilib.
Məlumata görə, qadın hepotit B virusu xəstəliyindən də əziyyət çəkib. O, xəstəxanaya gətirilərkən xəstəliklə bərabər ilkin fiziki zorakılıq əlamətləri də aşkarlanıb.
Yaxınları iddia edir ki, xəstə qadına xəsarətlər əri tərəfindən yetirilib.
Mərhumun qayınanası isə səsləndirilən iddiaları qəbul etmir. Oğlu ilə gəlininin mütəmadi mübahisə etdiyini bildirsə də, hadisədən xəbərsiz olduğunu deyir.
Günel Məmmədovanın meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Fakt araşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: