Ağsu aşırımında yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb - FOTO-VİDEO

23:45 16.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 16-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı adlanan dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb edilib.

Yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.