Ağsuda narkotacirlər saxlanıldı

09:38 13.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Tədbirlərlə rayon sakinləri – Mirzəyev Balakişi və Əsgərov Ülvi saxlanılıblar.

 

B.Mirzəyevin üzərindən və idarə etdiyi avtomobildən 1 kiloqrama yaxın marixuana, Ü.Əsgərovdan isə psixotrop maddə metamfetamin aşkarlanıb.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.