Aİ ölkələri Rusiyaya qarşı sanksiyalar paketini qəbul edib

23:34 22.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul etmək qərarına gəliblər.

Hafta.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bildirib.

Ali komissarın sözlərinə görə, Donbasın müstəqilliyinə səs verən Dövlət Dumasının 351 deputatı Aİ-nin qara siyahısına salınıb.

Aİ, həmçinin Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və hüquqi şəxsi qara siyahıya salıb.

Borrel qeyd edib ki, Avropa İttifaqı Rusiyanı danışıqlar masasına qaytarmaq üçün, xüsusən də BMT və ATƏT-də diplomatik səylərini davam etdirəcək.