Yazını böyüt
Yazını kiçilt
Ukraynada baş verən hadisələr fonunda Rusiyaya qarşı növbəti sanksiyalar müzakirə edilərkən, Avropa İttifaqı (Aİ) bank sektoruna, xüsusən "Sberbank"a qarşı tədbirləri, həmçinin enerji sektorunda məhdudiyyətləri nəzərdən keçirir.
Hafta.az-ın məlumatına görə, bu barədə "Bild am Sonntag" qəzetinə Avropa Komissiysının sədri Ursula fon der Leyen bildirib.
"Biz bank sektoruna, xüsusən də Rusiya bank sektorunun 37%-ni təşkil edən "Sberbank"ı nəzərdən keçirməyə davam edirik", - deyə Ursula fon der Leyen Rusiyaya qarşı altıncı sanksiyalar paketinin əsas bəndlərini şərh edərkən qeyd edib.