Aktrisa sənətdən getdi - özümü ibadətə həsr edəcəm

11:10 11.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirli aktrisa Athar əl-Hakim sənətdən getdiyini, qalan həyatını Allaha ibadətə həsr etdiyini bildirib.

Hafta.az-ın yazdığına görə, 63 yaşlı Hakim yerli mediaya açıqlamasında "Özümü Allaha ibadətə həsr etdim. Sənət sahəsindəki əməyim sayəsində böyük uğurlar və şöhrət qazana bildim. Sənətdən getməyimin hər hansı texniki səbəbi olmadığını hər kəsin bilməsini istərdim" deyib. 

Təqaüdə çıxmasının son zamanlar koronavirus təhlükəsiylə bağlı ölkədə geniş yayılan işsizliklə heç bir əlaqəsinin olmadığını qeyd edən aktrisa, əslində 2012-ci ildən bu yana sənətdən uzaq olduğunu deyib. 

Qeyd edək ki, Hakem əvvəlki açıqlamalarında da yaşla bağlı bir daha sənətə dönməyəcəyini bildirmişdi.

Xatırladaq ki, aktrisa 1957-ci ilin avqustunda doğulmuş aktrisa sənətdə onlarla kino və serialda rol alıb. Bunlardan "Heç kimi öldürməyən qatil", "Əyyub", "Səyahət", "Piramidalar yaylasında sevgi", "Ritmlər", "Yuxarı Misir adamı", "Zamanın qalibi", "Son oyuncaq", "Pis oyun", "sevgidən qaçmaq" və sairi göstərə bilərik. 

Oxunma sayı 530