Beynəlxalq tədqiqatçılar qrupu bağırsaqdan sızan zəhərli maddələrin piy hüceyrələrinin fəaliyyətinə mane ola və nəticədə piylənməyə səbəb ola biləcəyini müəyyən edib.
Hafta.az-ın Yahoo Sport-a istinadən yazdığına görə, endotoksinlər adlanan bu maddələr bağırsaqlardakı bakteriyaların fraqmentləridir. Mikrob qalıqları əslində həzm sisteminin normal hissəsi olsa da, qan dövranına daxil olduqda bədənə əhəmiyyətli zərər verə bilər.
Yeni araşdırmanın arxasında duran tədqiqatçılar endotoksinlərin insanlarda yağ hüceyrələrinə (adipositlər) təsirinə diqqət yetiriblər.
Tədqiqata 156 iştirakçı qatılıb. Onlardan 63-ü obez olaraq təsnif edilib, 26-sı piylənmə üçün mədəkiçiltmə əməliyyatı keçirib.
Nəhayət, məlum olub ki, tez-tez yağ yığılmasına nəzarət edən əsas proseslər qan dövranına daxil olan bağırsaq bakteriyalarının qalıqlarından təsirlənir.
Böyük Britaniyanın Nottingem Trent Universitetinin molekulyar bioloqu Mark Kristian, "Qan dövranına daxil olan bağırsaq mikrobları normal yağ hüceyrələrinin funksiyasını və çəki artımı ilə kəskinləşən metabolik fəaliyyətləri azaltmaqla diabet riskinin artmasına kömək edir" deyib.
Kökəldikcə, piy anbarlarımız bağırsaq mikroblarının yağ hüceyrələrinə vura biləcəyi zərəri məhdudlaşdırır.
“BMJ Medicine” adlı elmi jurnalda dərc edilən tapıntılar gələcəkdə həddindən artıq və təhlükəli çəki artımının qarşısını almaq üçün yeni müalicə üsullarının inkişafına səbəb ola bilər.
"İşimiz metabolik sağlamlığımıza təsir edən bir-biri ilə əlaqəli orqanlar kimi bağırsaq və yağın əhəmiyyətini vurğulayır" deyib Kristian.
Buna görə də, bu araşdırma, kilolu olduğunuz zaman endotoksinin yaratdığı yağ hüceyrələrinin zədələnməsinin məhdudlaşdırılması ehtiyacının nə qədər vacib olduğunu göstərir.