Alış-veriş mərkəzlərində uşaq əyləncə məkanlarının fəaliyyəti dayandırılacaq

22:00 14.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bir ay müddətində alış-veriş mərkəzlərində əyləncə məkanlarının, xüsusilə uşaq əyləncə məkanlarının fəaliyyəti dayandırılmalıdır.

Hafta.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi alış-veriş mərkəzlərinin fəaliyyətini qaydalarda əksini tapıb.

Eyni zamanda alış-veriş mərkəzlərində girişlərdə hərarət ölçmə qurğularının istifadəsilə girişdə (parklanma girişləri daxil olmaqla) bütün daxil olanların hərarətinin yoxlanılması təmin edilməlidir.