Alla Puqaçova xarici agent kimi TANINACAQ

14:22 27.03.2024 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Alla Puqaçovanın Rusiyada xarici agent kimi tanınması ilə bağlı prosedur artıq başlanılıb.

Hafta.az-ın rus mətbuatına istinadən məlumatına görə, bununla bağlı Rusiya Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin məlumat verib.

Vitali Borodin deyib ki, Alla Puqaçovanın  ölkədə xarici agent kimi tanınması ilə bağlı müraciətinə Rusiya Federasiyası Baş Prokurorluğundan cavab gəlib:

"Alla Puqaçovanın xarici agent olaraq tanınması proseduru başlanılıb, prokurorluq Rusiya Federasiyası Ədliyyə Nazirliyindən Puqaçovanı xarici agent kimi tanımasını xahiş edir. Ümid edirəm ki, nəzarət orqanları bu işi sona çatdıracaqlar".

Xatırladaq ki, Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin 2022-ci ildən İsrailə köçüblər. Müğənninin həyat yoldaşı dəfələrlə Rusiyanın Ukraynada apardığı hərbi əməliyyata qarşı çıxdığı üçün 2022-ci ilin sentyabr ayında xarici agentlər reyestrinə daxil edilib. Bundan sonra Alla Puqaçova da həyat yoldaşı ilə həmfikir olduğunu bildirərək, onu da sözügedən reyestrə daxil etmələrini istəyib.