Almaniya 2024-cü ildə müdafiə büdcəsini 10 milyard avro artıracaq

18:29 16.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

2024-cü ildə Almaniya Ukraynadakı münaqişə nəticəsində yaranan əlavə xərcləri maliyyələşdirmək üçün müdafiə büdcəsini 10,7 milyard avro artıracaq.

Bloomberg mənbələrə istinadən yazır.

Almaniyanın müdafiə naziri Boris Pistorius 2024-cü il üçün əlavə vəsaitin ayrılmasını və ümumi müdafiə büdcəsinin 60 milyard avroya qədər artırılmasını tələb edir, mənbələr bildiriblər.

Almaniyanın maliyyə naziri Kristian Lindner ümumilikdə müdafiəyə ayrılan vəsaitin artırılması zərurəti ilə razılaşır, lakin çətin ki, Pistoriusun elan etdiyi tam məbləğin ayrılması ilə razılaşsın, agentliyin həmsöhbətləri əlavə ediblər.