Çimərliyə getmək istəyənlərə xəbərdarlıq

15:51 18.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 19-da cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba 21-22, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıx 23-24 dərəcə isti olacaq.