Almaniya hökuməti cinsiyyətin dəyişdirilməsini asanlaşdıracaq

20:18 23.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Nazirlər Kabineti cinsiyyətin dəyişdirilməsi ilə bağlı hüquqi prosesi sadələşdirən qanun layihəsini təsdiqləyib. Bu barədə Almaniya hökumətinin saytında dərc olunmuş bəyanatda bildirilir.

Mətndə sadə bir tətbiq vasitəsilə şəxsi məlumatlara dəyişiklik etmək mümkün olacağı bildirilir. Artıq vətəndaşlar qərarlarını heç bir şəkildə izah etməli və tibbi əsaslandırmalar təqdim etməli olmayacaqlar.

Eyni zamanda, yenilik azyaşlılara da təsir edəcək. 14 yaşından kiçik uşaqlar üçün valideynlər cinsiyyətin dəyişdirilməsi üçün müraciət edə bilərlər. Göstərilən yaşdan yuxarı yeniyetmələrin səlahiyyətli orqanlara müstəqil şəkildə müraciət etmək hüququ var