Almaniya kansleri 2024-cü ildə Ukraynaya yardımın həcmini açıqlayıb

16:51 13.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniya kansleri Olaf Şolz bildirib ki, Almaniyanın dövlət büdcəsində Ukraynaya yardım üçün səkkiz milyard avro, Ukraynadan olan qaçqınlar üçün isə 6 milyard avro nəzərdə tutulub. Bu barədə RİA Novosti məlumat yayıb.

“Biz planlaşdırdığımız kimi və hər şeydən əvvəl lazım olan müddətə adi büdcədən Ukraynaya dəstək verəcəyik. Buraya silah tədarükü üçün səkkiz milyard avro, Ukrayna büdcəsi üçün maliyyə yardımı və Almaniyadakı ukraynalı qaçqınlara dəstək üçün yəqin ki, altı milyard avrodan çox vəsait daxildir”, - Şolz bildirib.