Yazını böyüt
Yazını kiçilt
Almaniya millisinin sabiq qapıçısı Ayke İmmel həbs olunub.
Hafta.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, keçmiş qolkiper dələduzluqda ittiham olunub və 2 il 2 ay müddətinə həbs edilib.
İmmel karyerası ərzində "Borussiya" (Dortmund), "Mançester Siti", "Ştutqart" kimi klublarda çıxış edib. O, 1980-ci ildə Almaniya millisində debüt edib və ondan sonra 19 oyuna çıxıb.