Almaniya Qırmızı dənizə freqat GÖNDƏRİR

10:18 14.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya ticarət gəmilərini “Ansar Allah” hərəkatının (husi) qüvvələrinin hücumlarından qorumaq və Qərb koalisiyasının əməliyyatlarında iştirak etmək üçün “FGS Hessen” freqatını Qırmızı dənizə göndərir.

Hafta.az bu barədə “Tagesspiegel” qəzetinə istinadən xəbər verir.

Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən husiləri İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.