Yazını böyüt
Yazını kiçilt
Hər il olduğu kimi, bu il də Almaniyanın ölkəmizdəki Səfirliyinin əməkdaşları yardım kampaniyası çərçivəsində „Sisters of charity“-“Xeyriyyə Bacıları“ fonduna yardım göstəriblər.
Hafta.az-ın yazdığına görə, adıçəkilən təşkilatın əməkdaşı olan Bacılar ahıllar evində tək və evsiz insanlara qayğı göstərir, ehtiyacı olan 60-dan çox ailəni Milad bayramı ərəfəsində gündəlik tələbat məhsullarından ibarət olan “Milad təqvimi” ilə təmin edirlər. Bu ailələrin bir çoxunun maddi imkanı məhduddur və hər cür dəstəyə görə minnətdardırlar.
Sonuncu dəfə də müxtəlif növ vacib məhsullardan ibarət yeddi böyük yeşik təhvil verilib. "Ümid edirik ki, daha çox ianələr bu şəkildə sözügedən fonda çatacaq və belə bir təşəbbüs sayəsində ehtiyacı olan daha çox ailə gözəl Yeni il keçirə biləcək", - səfirliyin sosial səhifəsindəki paylaşımda deyilir.