ABŞ qitələrarası ballistik raketlərin, o cümlədən nüvə raketlərinin uçuşlarını izləyən unikal "RC-135S Cobra Ball" kəşfiyyat təyyarələrini səmaya qaldırıb.
Hafta.az Ukrayna mediasına istinadla xəbər verir ki, bunu "Flightradar24" hərbi analitik nəşrinin məlumatı sübut edir.
"RC-135S Cobra Ball" təyyarələri Alyaska üzərində səmada olub. "Focus" yazır ki, çox güman ki, təyyarə uçuş zamanı əlavə yanacaq da doldurub.
Sentyabrın 24-də səhər saatlarına olan məlumata görə, hər üç təyyarə səmada olub. İki təyyarə Rusiya Federasiyası ilə sərhəddə olub. Biri ABŞ-ın mərkəzindən uçub.
Vaşinqton sonuncu dəfə "RC-135S Cobra Ball" uçaqları 2022-ci ilin aprelində - Rusiya Federasiyası Arxangelsk vilayətində "Sarmat" ballistik raketini sınaqdan keçirərkən havaya qaldırıb.