Amerikalı qadınlar Harrisin seçki qələbəsini yaxınlaşdırır

19:20 31.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da prezident seçkilərində səs verən qadınların kəskin fəallığı qeydə alınıb. Bu barədə Newsweek yazır.

Mənbənin sözlərinə görə, erkən səsvermədə qadınlar kişiləri üstələyir. 58 milyondan çox səsvermə bülleteninin 54%-ni qadınlar, 44%-ni isə kişilər verib.

Materialda deyilir ki, kişilər evdə qalsa, o zaman Demokratlar Partiyasının namizədi Kamala Harris ABŞ prezidenti olacaq. Eyni zamanda nəşr “Donald Trampın tərəfdarlarının əsəbi olduğunu” bildirib.