Yazını böyüt
Yazını kiçilt
Bir çox ABŞ seçicisi Yahoo News-YouGov sorğusuna əsasən, ABŞ-ın hazırkı prezidenti Co Bayden və ya keçmiş ABŞ lideri Donald Trampın ikinci müddətə seçilməsinin ölkə üçün "ən pis" variant olacağına inanır.
Hafta.az xarici mediaya istinadla bildirir ki, respondentlərin 37%-i Trampın 2024-cü ildə yenidən prezident seçilməsini ölkə üçün “ən pis” variant hesab edir, 35%-i Bayden haqqında da eyni fikirdədir.
Trampın yenidən seçilməsinə qarşı çıxanlar arasında - demokratların 85 faizi, respublikaçıların isə 25 faizi var. Baydenin ikinci prezidentlik müddətinə qarşı – demokratların 43%-i və respublikaçıların 84%-i çıxır.