Ana qızına hücum edən pumanı qışqırıqla qovdu

14:44 02.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Vaşinqton ştatında puma göl kənarında dincələn səkkiz yaşlı qıza hücum edib. Bu barədə Fox 13 məlumat yayıb.

Hücumdan sonra ana dərhal qızının köməyinə gəlib. O, yüksək səslə qışqırmağa başlayıb, qışqırıqları ilə vəhşi heyvanı qorxudub və sonda onu qovub.

Puma uşağa yüngül xəsarətlər yetirib. Tezliklə hadisə yerinə gələn parkın əməkdaşları zərərçəkmişə ilkin tibbi yardım göstərib və xəstəxanaya çatdırıblar.

Hadisədən sonra hücumun baş verdiyi gölün yaxınlığındakı ərazi ictimaiyyət üçün bağlanıb. Parkın işçiləri yırtıcını tapa bilsələr, onu evtanizasiya etməyi planlaşdırırlar.