ANAMA yerli minatəmizləmə maşınları alacaq

13:51 26.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azad olunmuş ərazilərdə Azərbaycan istehsalı olan mina təmizləmə maşınlarından istifadə olunacaq.

Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, ANAMA minatəmizləmə prosesində yeni texnikalardan istifadə edir.

 

Bilirsiniz ki, artıq Azərbaycan minarə izləyən maşın istehsal edir. Bu il ərzində biz həmin yerli istehsal minatəmizləmə maşınlarından əldə edəcəyik".