Yazını böyüt
Yazını kiçilt
“Ermənilər son hadisələrdən nəticə çıxarıb 24 aprel soyqırımı iddiası ilə timsah göz yaşı tökməkdənsə, Azərbaycanla sülh müqaviləsi bağlamalı, haqq-ədalət öz yerini tutmalıdır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Anar İsgəndərov bildirib.
A.İsgəndərov aprelin 24 ermənilərin guya 1915-ci ildə soyqırım yaşamaları ilə bağlı göz yaşı tökəcəklərini, guya baş vermis erməni soyqırımı ilə bağlı çıxış edəcəklərini qeyd edib.
“Tarixi Ermənistan yoxdur. 1918-ci ilə qədər olan tarixdə Ermənistan dövləti, erməni izləri yoxdur. Ermənistan 1918 ci ildə bizim torpaqlarda yaradılıb. 24 aprel tarix olsaydı, bu məsləyə arxiv sənədləri ilə münasibət bildirərdilər”.