Ankara İrəvanla danışıqları üçüncü ölkədə keçirmək istəmir

13:43 11.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesi çərçivəsində növbəti görüşün üçüncü ölkədə keçirilməsini istəmir.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dəki mənbə bildirib.

Qeyd edilib ki, rəsmi Ankara görüşün Türkiyə və ya Ermənistanda keçirlməsinin tərəfdarıdır.

Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara dialoqa başlamaq üçün öz diplomatlarını təyin ediblər. Bunlar Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır. 
Onlar bu il yanvarın 14-də Moskvada və daha sonra üç dəfə Vyanada görüşüblər.