Aptekdən 4 500 manat oğurlandı

14:11 14.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda aptekdə oğurluq hadisəsi baş verib.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki apteklərin birindən 4 500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.