AQTA araşdırma aparır - Bir ailənin üç üzvünün zəhərlənməsi ilə bağlı

12:19 28.03.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi  Tovuzda bir ailənin üç üzvünün zəhərlənməsi barədə yayılan məlumatlarla bağlı araşdırmalara başlayıb. Bu barədə hafta.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.  

"Hazırda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri tərəfindən araşdırmalar aparılır. Nəticələrlə bağlı ətraflı məlumat veriləcək", - qurumdan bildirilib.

Qeyd edək ki, yayılan məlumatlara görə, zəhərlənən ailə üzvləri bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər.