Arayik Arutyunyan istintaqa ifadə verdi

10:34 10.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qarabağdakı qondarma  "müdafiə ordusu"nun keçmiş komandanı, işğalçı general-leytenant Mikayel Arzumanyana qarşı Ermənistan baş prokurorluğunda başlanmış cinayət işi çərçivəsində separatçı-terrorçu rejimin üzdəniraq başçısı Arayik Arutyunyan dindirilib.

Hafta.az xəbər verir ki,  bunu “Joqovurd” qəzeti yazıb.

Üstəlik, erməni nəşrinin yazdığına görə, "müdafiə ordusu"nun generalları İrəvana gələrək hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb və  Arzumanyanın azad edilməsi məsələsini müzakirə ediblər və "onun təkbaşına həbsdə olmasının ədalətsizlik" dolduğunu bildiriblər.

Qeyd edilir ki, cinayət prosesində üzləşdirmələr silsiləsi davam edir. İbtidai istintaq orqanı Qarabağ "müdafiə ordusu"nun komandirlərini və digər şəxsləri dindirməyə, "silahlı qüvvələri"n keçmiş komandiri ilə üzləşməyə dəvət edir.

İttiham aktından əvvəl Ermənistan parlamentini deputatı, “Hayastan” fraksiyasının rəhbəri, Xocalı qatili Seyran Ohanyan da şahid qismində dindirilib.

Xatırladılır ki, M.Arzumanyan sentyabrın 1-də həbs edilib və hələ də həbsdədir.

Siyasət rubrikasından digər xəbərlər