Arayik bu gün “istefa verəcək” – Separatçıların başçısı XANKƏNDİDƏN QAÇIR

10:56 31.08.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xankəndidə separatçılar arasında hakimiyyət davası yeni müstəviyə keçib. Düşdükləri çıxılmaz vəziyyətlə bağlı məsuliyyətdən qaçmaq üçün separatçı rejimin hakim dairələri arasında dərin çatlar yaranıb. Artıq onlar Qarabağı tərk etməyə hazırldaşırlar.    

Baqramyan-26 Telegram kanalının mənbələri xəbər verir ki, dünən axşamdan etibarən Arayik Arutyunyanın bu gün səlahiyyətlərini qondarma «Artsax Təhlükəsizlik Şurasının katibinə» ötürərək istefa verəcəyi barədə xəbərlər yayılıb. «Təhlükəsizlik Şurasının katibi» vəzifəsini Samvel Şahramanyan tutur.

Xatırladaq ki,hələ avqustun 17-də Qarabağ separatçılarının qondarma “prezidenti” Arayik Arutyunyanın qapalı dairədə “istefaya” gedəcəyi barədə məlumatlar yayılmışdı.